AZ

Aİ İordan çayının Qərb sahilində zorakı hərəkətlərdə iştirak edənlərə qarşı sanksiyalar tətbiq edə bilər

Bu gün İordan çayının Qərb sahilində zorakı hərəkətlərdə iştirak edənlərə qarşı sanksiyalarla bağlı razılıq əldə oluna bilər.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşü öncəsi bildirib.

“Zorakılıq edənlərə qarşı sanksiyalar üzrə siyasi razılaşmanın əldə olunacağını gözləyirəm, ümid edirəm ki, buna nail olacağıq”, - o vurğulayıb.

Kallas əlavə edib ki, təkliflərin qəbul edilməsi üçün tələb olunan səs çoxluğunun tam formalaşıb-formalaşmadığı hələlik aydın deyil.
Məlumata görə, Macarıstanda hökumətin dəyişməsi bu qərarın irəliləməsinə imkan yarada bilər.

Seçilən
16
2
apa.az

3Mənbələr