AZ

Türkiyənin Nepalda eniş edən sərnişin təyyarəsində yanğın olub

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

"Türk Hava Yolları"nın İstanbul–Katmandu reysini həyata keçirən sərnişin təyyarəsi Nepalın Tribhuvan Beynəlxalq Hava Limanına eniş etdiyi zaman yanğın təhlükəsi ilə üzləşib.

"Report" BBC Türkcə-yə istinadən xəbər verir ki, təyyarə eniş etdikdən sonra sağ eniş qurğusunda qığılcımlar müşahidə olunub və daha sonra yanğın baş verib.

Təyyarədə 277 sərnişin və 11 ekipaj üzvünün olduğu vurğulanıb. Bildirilib ki, hadisə zamanı sərnişinlər təxliyə olunub, xəsarət alan olmayıb.

"Türk Hava Yolları" rəsmi açıqlama yayaraq qeyd edib ki, yanğına səbəb hidravlik boruda texniki nasazlıqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azpolitika.info

2Mənbələr