ain.az, Fanat portalına istinadən məlumat verir.
Azərbaycan II Liqasında 26-cı tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha iki görüş baş tutacaq.
İkinci oyun günündəki görüşlər ilk "6-lıq"dakı komandaların iştirakı ilə baş tutacaq. Lider "Xankəndi" Şamaxıda "Şirvan"ı sınağa çəkəcək. Qarabağ təmsilçisinin ən yaxın izləyicisi, çempionluğa digər iddialı "Qaradağ Lökbatan" isə bürünc mükafatçı "Quba"nı qonaq edəcək.
Hər iki qarşılaşma eyni vaxtda, 17:00-da başlayacaq.
Tura sabah yekun vurulacaq.
Azərbaycan II Liqası
26-cı tur
11 may
17:00. “Xankəndi” – “Şirvan”
Hakimlər: Namiq Bəkirov, Vüqar Bayramov, İlkin Mustafazadə, Hacıağa Həsənov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin sadionu
17:00. “Qaradağ Lökbatan” – “Quba”
Hakimlər: Rövşən Rəcəbov, Məmmədəli Kərimov, Əhməd Əhmədsoy, Nazim Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elvin Yaqub.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.

Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.