Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Məşhur aktyor Onur Buldu ev sahibi olmaq istəyərkən yaxın dostlarından biri tərəfindən aldadıldığını bildirib.Demokrat.az xəbər verir ki, "Güldür-güldür"ün aktyoru bu barədə verdiyi açıqlamada mənzil almaq üçün etdiyi ödənişləri güvəndiyi dostuna göndərdiyini, lakin həmin vəsaitlərin evin tikintisini həyata keçirən şirkətə çatmadığını sonradan öyrəndiyini deyib.Buldu bildirib ki, bir tanışı vasitəsilə ev tikintisini həyata keçirən şirkətlə razılaşaraq alqı-satqı üçün müqavilə bağlayıb və ödənişləri hissə-hissə dostuna göndərib. Onun sözlərinə görə, “çalışdıqca ödəyəcəyəm” prinsipi ilə həyata keçirilən ödənişlərin şirkətə köçürülmədiyi sonradan məlum olub.
Onur Buldu
Aktyor hadisənin rəsmi mülkiyyət sənədləşməsi mərhələsində üzə çıxdığını qeyd edib. Onun sözlərinə görə, ev tikintisini həyata keçirən şirkət əlaqə saxlayaraq heç bir ödəniş almadığını bildirib və bu zaman aldadıldığını anlayıb.Onur Buldu yaşadığı vəziyyəti “şok” kimi xarakterizə edib və prosesin onun üçün çox çətin keçdiyini vurğulayıb. O, həmin anda yaxın dostunun da yanında olduğunu və vəziyyətin onun üçün də gözlənilməz olduğunu əlavə edib.Hadisə ilə bağlı hüquqi addımların atılıb-atılmadığı barədə isə məlumat verilməyib.İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.