AZ

“Ruslar infiltrasiya taktikalarını seçiblər” Ukraynalı zabit səbəbini açıqladı

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Cəmi altı ay əvvəl işğalçılar müntəzəm hücumlar həyata keçirə bilirdilərsə, indi bu, olduqca nadir hallarda baş verir”. 

“AzPolitika” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin "Aleks" şərti adlı baş leytenantının yerli mediada dərc edilən paylaşımında belə deyilir.

Ukrayna zabiti qeyd edir ki, rusiyalı döyüşçülərin 60-70%-i cəbhə xəttinə çatmadan öldürülür.

Onun dediyinə görə, Rusiyanın hücumları hazırda olduqca nadir hallarda baş verir və rusların insan resursları sonsuz deyil.

Onun sözlərinə görə, ruslar davamlı hücumlardan imtina edərək, infiltrasiya taktikalarını (Düşmən xəttinin arxasına gizli şəkildə sızmaq üçün istifadə olunan üsullardır -red.) seçiblər. Bu, bir neçə nəfərin nəzərə çarpmadan mövqelərdən keçərək, hansısa məntəqədə toplaşmasını nəzərdə tutur: "Bu, həmişə işə yaramır, çünki düşmən kütləvi əməliyyatlar üçün kifayət qədər şəxsi heyət toplaya bilmir. Rusların 60-70%-i təmas xəttinə çatmadan məhv edilir".

O əlavə edib ki, qısa müddətdən sonra düşmən öz hücum potensialında daha aydın bir böhran yaşayacaq. Zabit hesab edir ki, Rusiyanın müharibə taktikaları özünü tükəndirir, buna görə də düşmən hazırda demək olar ki, heç bir irəliləyiş əldə etmir, əvəzində çox böyük itki verir, bu da ciddi şəxsi heyət problemləri yaradır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
98
azpolitika.info

1Mənbələr