AZ

Azərbaycanda qızıl necəyədir?

Son vaxtlar davamlı olaraq artan qızılın qiymətində dəyişiklik müşahidə edilir. 

COMEX birjasında iyun fyuçersləri üzrə qızılın qiyməti 1,04% və ya 49,1 ABŞ dolları azalaraq bir unsiya üçün 4 681,6 ABŞ dolları olub. Spot bazarda qızılın qiyməti isə 0,85% və ya 40,16 ABŞ dolları azalaraq 4 675,09 ABŞ dollarına enib. 

Analitiklər bildirirlər ki, ABŞ və İran arasında gərginliyin nisbətən səngiməsi təhlükəsiz aktivlərə tələbi azaldaraq qızılın qiymətinə təzyiq göstərib. 

Azərbaycanda isə bu günə olan məlumata görə, qızılın bir unsiyası 8009.7370 manat, 1 qram təmiz qızılın qiyməti isə 257.52 manat təşkil edir. Bundan başqa, 1 qram 750 əyar qızılın qiyməti 193.33 manat, 1 qram 583 əyar qızılın qiyməti 150.8 manat, 1 qram 583 əyar qızılın qiyməti 150.03 manatdır. 

Seçilən
31
cebheinfo.az

1Mənbələr