AZ

“Gənc qəhrəmanlarımızı tanıyaq!” layihəsinə start verildi

01.05.2026-cı il tarixindən etibarən başlayan layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olmuş, xüsusilə Qazax rayonundan olan 59 şəhidimizin əziz xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlıq yolunu gənc nəslə daha yaxından tanıtmaqdır.

QHT.az xəbər verir ki, layihə çərçivəsində gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsi əsas hədəflərdən biridir. Eyni zamanda, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi, onların daim diqqətdə saxlanılması və cəmiyyətdə sosial həmrəyliyin artırılması layihənin prioritet istiqamətlərindəndir.

Layihə çərçivəsində:
Gənclərin veteran və qazilərlə iştirakı ilə 6 interaktiv görüş,
1 intellektual bilik yarışı,
1 şahmat turniri təşkil olunacaqdır.

Keçiriləcək görüşlər zamanı iştirakçılar qəhrəmanlıq nümunələri, real həyat hekayələri və vətənə bağlılıq ruhunu əks etdirən dəyərli təcrübələrlə tanış olacaqlar.

Layihə gənclərin bilik və bacarıqlarının inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və onların cəmiyyət həyatında daha fəal iştirakına töhfə verməyi qarşısına məqsəd qoyur.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Seçilən
25
qht.az

1Mənbələr