AZ

Aİ Rusiya ilə bağlı son qərarını verdi: Artıq vaxtıdır

Avropa İttifaqı (Aİ) Rusiya ilə münasibətlərdə yeni mərhələyə hazırlaşır. Uzun müddətdir davam edən gərginlikdən sonra tərəflər arasında danışıqlar masası qurula bilər.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas məlumat verib.

Onun sözlərinə görə, Aİ ölkələrinin xarici işlər nazirləri bu ayın sonunda Rusiya ilə gələcək danışıqların mövzularını müzakirə etməyə planlaşdırırlar.

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Disen məsələni şərh edərək bildirib ki, Qərb artıq Rusiya ilə razılığa gəlməyin zəruriliyini dərk edir.

Ekspertin fikrincə, ABŞ Ukraynadakı uğursuzluqların məsuliyyətini Avropanın üzərinə yıxmağa çalışır.

Seçilən
31
publika.az

1Mənbələr