Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
Misli Premyer Liqasında 28 tur geridə qalıb. Cari mövsüm daha bir hakim elitada oyuna çıxıb. Əkbər Əhmədov “Turan Tovuz” – “Karvan-Yevlax” qarşılaşmasına təyinat alıb. Beləliklə, keçirilən 180 oyunda 17 referi iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Kamranbəy Rəhimov, Elvin Bayramov, İnqilab Məmmədov, Rəvan Həmzəzadə, Əkbər Əhmədov və FİFA hakimi Tural Qurbanov oyun idarə edib.
Cari turda istirahət etməsinə rəğmən, FİFA referisi Kamal Umudlu baş hakim kimi aldığı təyinat sayı baxımından liderliyi davam etdirir. O, 31 turdan 17-də iş başında olub. Umudlunu 1 oyun geridə qalan Tural Qurbanov təqib edir.
Bu turda bir qırmızı vərəqə qeydə alınıb. İnqilab Məmmədov "Qəbələ"li Asif Məmmədova ehtiyat oyunçular skamyasında "qırmızı" göstərib. "Sarı"lara gəlincə, hakimlər 23 vərəqədən istifadə ediblər. Vərəqələrdən 13-ü meydan sahiblərinə, 10-u isə qonaq komandanın oyunçularına göstərilib. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 349 sarı (14 qırmızı) - 378 sarı (10 qırmızı).
Beləliklə, 31 turun yekununda sarı vərəqə sayı 727-yə çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 24 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 751-yə bərabər olub. Bu da orta hesabla hər turda 24,2, hər oyunda 4,17 vərəqə deməkdir.
Otuz bir tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 71 vərəqədən istifadə edib ki, bunun 6-nın rəngi qırmızı olub. Onu 69 vərəqədən (3-ü qırmızı) yararlanan Kamal Umudlu təqib edir.
Kamal Umudlu - 17 oyun
meydan sahibi 31 sarı 3 qırmızı
qonaqlar 35 0
cəmi: 66 3
Tural Qurbanov - 16 oyun
meydan sahibi 30 1
qonaqlar 33 0
cəmi: 63 1
Rəşad Əhmədov - 15 oyun
meydan sahibi 25 0
qonaqlar 42 1
cəmi: 67 1
Elçin Məsiyev - 15 oyun
meydan sahibi 34 0
qonaqlar 30 3
cəmi: 64 3
Kamranbəy Rəhimov - 15 oyun
meydan sahibi 25 1
qonaqlar 30 1
cəmi: 55 2
Rauf Cabarov - 15 oyun
meydan sahibi 24 0
qonaqlar 30 1
cəmi: 54 1
Fərid Hacıyev - 15 oyun
meydan sahibi 33 1
qonaqlar 15 0
cəmi: 48 1
İnqilab Məmmədov - 14 oyun
meydan sahibi 28 1
qonaqlar 31 1
cəmi: 59 2
Əliyar Ağayev - 13 oyun
meydan sahibi 31 5
qonaqlar 34 1
cəmi: 65 6
Rəvan Həmzəzadə - 13 oyun
meydan sahibi 23 0
qonaqlar 24 1
cəmi: 47 1
Cavid Cəlilov - 13 oyun
meydan sahibi 20 1
qonaqlar 25 1
cəmi: 45 2
Əli Əliyev - 10 oyun
meydan sahibi 15 1
qonaqlar 20 0
cəmi: 34 1
Vüqar Həsənli - 6 oyun
meydan sahibi 8 0
qonaqlar 10 0
cəmi: 18 0
Elvin Bayramov - 4 oyun
meydan sahibi 12 0
qonaqlar 5 0
cəmi: 17 0
Nicat İsmayıllı - 3 oyun
meydan sahibi 6 0
qonaqlar 8 0
cəmi: 14 0
Əkbər Əhmədov - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 3 0
cəmi: 5 0
Emin Əliyev - 1 oyun
meydan sahibi 2 0
qonaqlar 2 0
cəmi: 4 0
Mirağa
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.