AZ

Alexandro Serrano ikinci ispaniyalı oldu – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turu “Turan Tovuz”un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib.

Onun yubileyi “Karvan”la ev matçına (1:0) təsadüf edib. Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. Premyer Liqada yalnız bir klubda çıxış etmiş futbolçu “Turan Tovuz”da 2023/2024-cü illər mövsümündə debüt edib.

Serrano Premyer Liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdır. Ona qədər yalnız “Qarabağ”ın sabiq futbolçusu Miçel buna nail olub.

Alexandro Serrano peşəkar karyerasına Xixon “Sportinq”ində başlayıb. O, “Espanyol”, “Malyorka” və “Selta”nın B komandalarında da oynayıb. Ölkəsində “Malyorka”, “Salamanka”, “Talavera”, “Korneliya” kimi klubların formasını geyinmiş futbolçu Polşa və Bolqarıstanda legioneri həyatı yaşayıb. 2021/2022 mövsümündə Polşanın “Qurnik” komandasında oynamış futbolçu 2022-ci ildən Tovuza gələnə kimi Bolqarıstan “Hebar”ında forma geyinib.

“Turan Tovuz”a 2023-cü ilin iyul ayında qoşulmuş ispan futbolçu bu komandanın heyətində 106 oyuna çıxıb, 11 qol və 13 məhsuldar ötürmə müəllifi olub.

Serrano İspaniyanın U-17, U-18 və U-19 yığmalarında da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
27
10
arena.az

10Mənbələr