AZ

Sahib Ələkbərov: “Biz çox şadıq ki, Qazaxıstan təmsilçisi qalib gəldi”

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, qazaxıstanlı Yevgeni Fyodorov finiş xəttinə birinci çatıb. “Astana” komandasının üzvü məsafəni 4 saat 41 dəqiqə 38 saniyəyə qət edib.

Yarışın ikinci mərhələsindən sonra Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və qalib Yevgeni Fyodorov mətbuat konfransında fikirlərini bölüşüb.

Ələkbərov yarışın ən çətin mərhələsi olduğunu bildirib:

“Yarışın ən çətin mərhələsi idi. Amma çox gözəl keçdi. Biz çox şadıq ki, Qazaxıstan təmsilçisi qalib gəldi. Hesab edirəm ki, bu yarışımız səviyyəsi baxımından çox yüksəkdir. Bu yarışı keçirəndə niyyətimiz əvvəlki yarışı bərpa etmək və irəli getmək idi. Hətta reklam çarxımızda belə bir şüar da var: “Go eahed”. Yəni, qabağa get. Niyyətimiz budur”.

Fyodorov isə bunları deyib:

“Hər kəsə təşəkkürümü bildirirəm. Kifayət qədər yaxşı mərhələ oldu. Yarışın əvvəlində xeyli hücumlar var idi. Məqsədim o deyildi ki, sırf mən qalib gəlim. Əsas olan komandamızın uğurudur. Burada kifayət qədər yaxşı idmançılar var. Öndə gedən idmançılar çox vaxt növbələşirlər. Biz də komanda olaraq danışdıq ki, gücümüzü bölüşək ki, digər idmançılar bizə gəlib çatmasınlar”.

Seçilən
45
idmanxeber.az

1Mənbələr