16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində son oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, milli Gürcüstanın uyğun yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Binə stadionunda reallaşan görüş rəqibin 4:2 hesablı qələbəsi ilə bitib.
U-16-nın heyətində qolları 3-cü dəqiqədə penaltidən Xədicə Rəhimova və 20-ci dəqiqədə Suel Polikarpova vurublar.
Xatırladaq ki, Azərbaycan yığması daha əvvəlki qarşılaşmalarda Litvaya (1:4) və Rumıniyaya (1:7) yenilib.
Toğrul