Luís Enrike böyük ehtimalla PSJ-nin baş məşqçisi postunda qalacaq.
Publika.az xəbər verir ki, bu barədə “Sunday Mirror” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ispaniyalı mütəxəssis Paris klubu ilə yeni müqavilə imzalamağa yaxındır. Razılaşmanın 2030-cu il iyunun 30-na qədər qüvvədə olması gözlənilir.
Luís Enrike PSJ-yə 2023-cü ildə baş məşqçi təyin olunub. onun rəhbərliyi altında Fransa nəhəngi 3 dəfə ölkə superkubokunu, 2 dəfə Liqa 1-i, 2 dəfə ölkə kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Superkubokunu, 1 dəfə isə Qitələrarası Kuboku qazanıb.