AZ

Barselona Borussiya ya 35 milyon avro ödəməyə hazırdır

Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Borussiya"nın müdafiəçisi Yulian Ryuerson karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" norveçli futbolçunun xidmətində maraqlıdır. Bu barədə "El Nacional" məlumat yayıb.

La Liqa nəhənginin baş məşqçisi Hans Flik Ryuersonun oyununu bəyənir və onu komandasında görmək istəyir. "Barselona" 25 yaşlı sağ cinah müdafiəçisi üçün Almaniya klubuna 35 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Borussiya" Yulian Ryuersonu 2023-cü ilin yanvarında "Union Berlin"dən 5 milyon avroya transfer edib. Norveç millisinin üzvü cari mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 17 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
sportal.az

2Mənbələr