AZ

Helen Makenti Aİ-ni İsrailə qarşı tədbirləri sərtləşdirməyə çağırıb

İrlandiyanın xarici işlər naziri Helen Makenti Avropa İttifaqını (Aİ) Qəzza zolağında və İordan çayının Qərb sahilində vəziyyətin pisləşməsinə görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Makenti Brüsseldə Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.

"Fikrimcə, Aİ hərəkətə keçməlidir və biz, xüsusən də söhbət Qəzzadan gedəndə, müşahidəçi qalmağa davam edə bilmərik", - Makenti deyib.

O bildirib ki, İrlandiya İspaniya və Sloveniya ilə birgə Qərb sahilindəki "aqressiv əhval-ruhiyyəli mühacirlərə" və onları dəstəkləyən şəxslərə qarşı sanksiyaların tətbiq olunmasına çalışacaq. Bununla yanaşı, Makenti bu məsələ ilə bağlı şurada tam konsensusa ümid etdiyini bildirib.

Makentinin sözlərinə görə, Dublin, həmçinin Aİ ilə İsrail arasında assosiasiya sazişinin ticarət hissəsinin dayandırılmasının və İsrail yaşayış məskənləri ilə ticarətə dair tədbirlərin sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edəcək.

Seçilən
10
far.az

1Mənbələr