GƏNCƏ, 11 may. TELEQRAF
Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb.
16 yaşlı DavudQulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Faktla bağlı Gəncə şəgəh Prokurorluğunda raşdırma başlanılıb.