AZ

Olimpiya çempionu “Bakı Xankəndi” veloyürüşü barədə: “Burada eniş yoxuşlar və gözəl mənzərələr var”

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Komandamız əvvəllər də Qazaxıstanda və müxtəlif beynəlxalq yarışlarda uğurlu çıxış edib. Burada iştirak etmək bizim üçün xoşdur”.

İdman.Biz xəbər verir ki, bu sözləri 2012-ci il London Olimpiadasının çempionu olan qazaxıstanlı velosipedçi Aleksandr Vinokurov “Bakı-Xankəndi” beynəlxalq veloyürüşü barədə jurnalistlərə açıqlamasında deyib.

52 yaşlı idmançı təşkilatçılığını yüksək qiymətləndirib. Hazırda “Astana” komandasının rəsmisi kimi fəaliyyət göstərən veteran velosipedçi trasın keyfiyyətindən və təhlükəsizlik tədbirlərindən razı qaldığını bildirib.

Vinokurov komandasının üzvü Yevgeni Fedorovun ikinci mərhələdə qələbə qazanmasına da münasibət bildirib. O qeyd edib ki, nəticə gözlədikləri kimi olub:

“Komandamız əvvəllər də Qazaxıstanda və müxtəlif beynəlxalq yarışlarda uğurlu çıxış edib. Burada iştirak etmək bizim üçün xoşdur. Belə yarışlar velosportun ənənələrini yaşadır. Biz də komandamızın formasını layiqincə təmsil etməyə çalışırıq”.

Aleksandr Vinokurov xüsusilə uşaqların velosporta maraq göstərməsini sevindirici hal kimi qiymətləndirib:

“Finiş xəttində dayanan uşaqların yarışa maraqla baxması çox önəmlidir. Ola bilsin ki, onlar sabah bu idman növü ilə məşğul olmaq istəsinlər. Biz də vaxtilə belə başlamışıq. Burada həm möhtəşəm eniş və yoxuşlar, həm də çox gözəl mənzərələr var. Bir daha təşkilatçılara təşəkkür edirəm. Qonaqpərvərlik həqiqətən yüksək səviyyədədir”.

Qeyd edək ki, bu gün baş tutan veloyürüşün Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi qazaxıstanlı Yevgeniy Fedorov olub. Ötən gün baş tutan Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin “Li-Ninq Star” komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

Araz Xəlilli

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
icma.az

1Mənbələr