AZ

Paşinyan Avrasiya İqtisadi Birliyinin sammitində iştirak edəcək?

Ermənistanın Baş naziri Nikol Paşinyan Astanada keçiriləcək Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etməyəcək.

 

Bu barədə Ermənistanın Baş naziri açıqlama verib.

 

"Mən aprelin 1-də Moskvaya səfərim zamanı Rusiya prezidentinə seçki kampaniyası səbəbindən AİB sammitində iştirak edə bilməyəcəyimi bildirdim ", - Paşinyan deyib.

 

O qeyd edib ki, mayın 10-da Qazaxıstan prezidentinə zəng edərək AİB sammitində iştirak edə bilməyəcəyini bildirib.

 

"Baş nazirin müavini Mher Qriqoryan tədbirdə iştirak edəcək", - deyə Ermənistanın baş naziri bildirib.

 

Trend

Tarix: 11 May 2026, 15:50   
Seçilən
63
pravda.az

1Mənbələr