AZ

Yeni “Niva” belə olacaq FOTOLAR

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Avtovaz şirkəti üçüncü nəsil “Niva”nın dizaynını patentləşdirib. 

Avtosfer.az xəbər verir ki, “Niva Vision” adlı konsept “Renault Duster”in bazasında hazırlanıb. Lakin istehsalda sırf Rusiya detallarından istifadə planlaşdırılır. Dizaynı gənc mütəxəssislər hazırlayıb.

İddia olunur ki, platformada daimi tam ötürmə olmayacaq. Yeni nəsil avtomobilin 2028-ci ildə istehsala başlaması gözlənilir. Ənənəvi “Niva”ya gəlincə, avtomobilin 50 yaşını konveyerdə qeyd edəcəyi şübhə doğurmur. Əslində, yubiley üçün təxminən 11 ay qalıb. Köhnə və yeni modellərin bir müddət yanaşı istehsal edilməsi “Avtovaz”da 50 illik ənənədir.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
avtosfer.az

1Mənbələr