AZ

“Hesab 3:0 olsa belə, düşünürəm ki, daha iki qol vura bilərdik” – İmad Faraj

“Neftçi” dünən Misli premyer-liqasının 31-ci turu çərçivəsində evdə “Şamaxı” üzərində inamlı qələbə qazanıb – 3:0.

“Football-plus.az” xəbər verir ki, bakılıların ikinci qolunun müəllifi İmad Faraj oyundan sonra jurnalistlərin suallarını cavablayıb.

- Matçla bağlı düşüncələrin?
- Çətin rəqiblə qarşılaşırdıq. Bizə, sadəcə, qələbə lazım idi. İlk dəqiqə vurduğumuz qoldan sonra oyunun axarı bizim üçün daha asan oldu. Hesab 3:0 olsa belə, düşünürəm ki, daha iki qol vura bilərdik.

- Ölkə kubokunun finalında hansı komandanı dəstəkləyəcəksən?
- Təbii ki, “Sabah”ı. Avrokuboklara vəsiqə qazanmağımız üçün onların qələbə qazanmağı lazımdı.

- Bu gün qazandığınız qələbə ilə Konfrans Liqasında yerinizi qoruduğunuzu düşünürsən. “Sabah” qələbə qazansa…
- Düşünürəm ki, daha bir qələbə qazanandan sonra “Sabah”dan qələbə gözləməliyik.

İSRAİL XEYRULLAYEV

Seçilən
73
football-plus.az

1Mənbələr