AZ

Stubb: ABŞ təsirini genişləndirmək üçün qoşunlarını Avropadan çıxarmayacaq

ABŞ Avropadakı hərbi qüvvələrini geri çəkməyəcək, çünki Vaşinqtona qlobal təsirini qorumaq üçün qitədə hərbi bazalar lazımdır. 

HİT.az xəvbər verir ki, bu fikri Finlandiya prezidenti Aleksandr Stubb "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib.

“Əgər amerikalılar Yaxın Şərq, Asiya və Afrika kimi regionlarda güclərini nümayiş etdirmək istəyirlərsə, burada möhkəm bazalara ehtiyacları var”, deyə Finlandiya lideri bildirib.

Stubbun sözlərinə görə, ABŞ hərbi kontingenti Avropada yalnız əhalinin müdafiəsi üçün deyil, həm də Amerikanın qlobal güc statusunu qorumaq məqsədi daşıyır.

Bu kontekstdə o, Avropa liderlərini öz təhlükəsizliklərinə daha çox məsuliyyət götürməyə çağırıb.

9 may tarixində ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merz ilə fikir ayrılıqları fonunda ABŞ qoşunlarının bir hissəsinin Almaniyadan Polşaya köçürülə biləcəyini istisna etməmişdi.

Daha sonra "Bloomberg" agentliyi yazıb ki, Avropada ABŞ prezidentinin Almaniyadan 5 min hərbçinin çıxarılması qərarından sonra qitədən əlavə qoşunların da geri çəkilə biləcəyi ehtimalı müzakirə olunur.

Samir

Seçilən
13
41
hit.az

10Mənbələr