AZ

“Binokl ilə casusluq edirlər” – Aİ missiyasına SƏRT CAVAB

"Qərbin bəzi siyasi dairələrinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli yanaşma uzun illərdir müxtəlif formalarda özünü göstərir. Əvvəllər bu münasibət əsasən Avropa qurumlarından səslənən anti-Azərbaycan bəyanatları və siyasi təzyiqlərlə müşayiət olunurdusa, Vətən müharibəsindən sonra proses artıq regionun özünə daşınıb".

Bu sözləri Musavat.com-a açıqlamasında beynəlxalq münasibətlər üzrə politoloq Şəhla Cəlilzadə deyib.

SEHLA

Politoloq qeyd edib ki, xüsusilə 2022-ci ildə Ermənistanın sərhəddə törətdiyi təxribatlardan sonra Avropa İttifaqının müşahidə missiyasının yaradılması bu siyasətin yeni mərhələsidir:

"Hərçənd onlar birbaşa hərbi müdaxiləyə cürət etmirlər, lakin bu dəfə əllərində silah deyil, binokl ilə Azərbaycan sərhədlərini "müşahidə" etməyə çalışırlar. Azərbaycan belə bir missiyaya 2 aylıq müşahidə izni vermişdi - təxribatı bizim törətmədiyimizi görməkləri üçün. Lakin onlara sülh deyil, təxribat lazımdır. Elə buna görə Azərbaycanın razılığını almadan sərhəd müşahidə fəaliyyətlərini 2 dəfə, hər biri 2 illik müddət olmaqla 2027-ci ilədək uzatdılar. Xüsusilə 2025-ci ilin 8 avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanmasından, sülh erasının bəyan olunmasından sonra belə bir missiyaya ehtiyac yoxdur, çünki tərəflər arasında etimad quruculuğunu zəiflədir, təxribatçıların niyyətinə xidmət edir. Odur ki, Ermənistan baş naziri Nikol Paşinyanın 7 iyun seçkilərində qələbə qazanması, ölkəmizə qarşı ərazi iddiasını özündə daşıyan konstitusiyalarını dəyişdirməsindən sonra sülh sazişi imzalanarsa, bu missiyanın da digər sülhməramsız missiyalar (Minsk qrupu) kimi tarixə qovuşacağına ümid edirik".

Xalidə Gəray
Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr