AZ

Pulsuz oxumaq istəyirəm yenə də imkan vermirlər

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Restoran sahiblərinə deyirəm ki, qoy gəlim pulsuz oxuyum, camaat məni görsün, amma yenə imkan vermirlər”

Gununsesi.info xəbər verir ki, bu sözləri Sərxan Kərəmoğlu “Öz aramızda” verilişində deyib.

O, şou-biznesdə bəzi sənətçilərin münasibətindən və toy bazarındakı problemlərdən danışıb:

“Bu gün ölkənin musiqisində, populyarlığında yükü daşıyan beş nəfər var. Onlardan qabaqda gedən sənətçilər Röya xanım və Aygün xanımdır. Onlar açıqdırlar. Amma digər üçünün heç evdəkilərə də xeyri yoxdur, xəsisdirlər, heç kimə dəstək olmaq istəmirlər, xaindirlər. Mən 8 saat yol gedib rayonda toya çıxıram, amma Bakının içində toya gedə bilmirəm. Restoran sahiblərinə deyirəm ki, qoy gəlim pulsuz oxuyum, camaat məni görsün, amma yenə imkan vermirlər. Çünki orada müəyyən adamlar işləyir, öz maraqlarını güdürlər.

Mənə heç bir təşkilatçı toy verməyib, verməyəcək də. Mən hansısa aktivistə pul verib toya çıxan adam deyiləm. Onlar restoran sahiblərinin də əlini yandırırlar, məclisləri talayırlar”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
icma.az

1Mənbələr