AZ

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

Tbilisi, 11 may, AZƏRTAC

Gürcüstan Pravoslav Kilsəsi yeni Katolikos-Patriarxını seçib. Senaki və Çxorotsku mitropoliti Şio (Muciri) ölkənin 142-ci Katolikos-Patriarxı olub.

AZƏRTAC xəbər verir ki, gürcülərin yeni Patriarxı 22 səs toplayıb.

Digər namizədlərə gəldikdə isə, Urbnisi və Ruisi yeparxiyasının mitropoliti Job 9 səs, Poti və Xobi mitropoliti Qriqol isə 7 səs alıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

 

Seçilən
33
2
azertag.az

3Mənbələr