Məşhur ispan serialı “La Casa de papel” serialının davamı çəkiləcək.
Ölkə.Az xəbər verir ki, bu baədə “Netflix” paylaşım edib.
Yeni layihələrin yolda olduğu açıqlansa da, ekran işinin nə vaxt və hansı heyətlə tamaşaçı qarşısına çıxacağı bilinmir.
Qeyd edək ki, “La casa de papel” (azərb. Kağız ev) Aleks Pina tərəfindən yaradılmış 2017-ci il istehsalı İspaniya soyğun teleserialıdır. Serial 2017-2021-ci illərdə 3 mövsüm olaraq çəkilib.
Baş rollarda Ursula Korbero, Pako Tous və Alba Flores çıxış edirlər.
Billurə