AZ

Ərdoğan kraliça ilə bir arada… - Fotolar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vahdettin Köşkündə Belçika Kraliçası Mathilde ilə görüş keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş mətbuata qapalı baş tutub. Prezidenti həyat yoldaşı Əminə Ərdoğan da müşayiət edib.

Danışıqlarda Türkiyə-Belçika münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Tərəflər xüsusilə ticarət, müdafiə sənayesi, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Ərdoğan Türkiyə və Avropa İttifaqı münasibətlərinin geosiyasi əhəmiyyətinə diqqət çəkərək, Gömrük İttifaqının yenilənməsinin və Türkiyənin Aİ-nin müdafiə təşəbbüslərinə daha aktiv iştirakı məsələsinin vacibliyini vurğulayıb.

Seçilən
48
publika.az

1Mənbələr