AZ

“Bu seçki Azərbaycan üçün də həyati əhəmiyyət daşıyır...”

“Parlament sədri Simonyanın sonuncu müsahibəsindən anlaşılan budur ki, 7 iyun seçkisi Ermənistan üçün müharibə, yoxsa sülh, həqiqi müstəqillik, yoxsa amorf ölkə məsələsidir”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

“Paşinyanın qalib gəlməsi arzulanan bu seçki Azərbaycan üçün də həyati əhəmiyyət daşıyır. Bu yandan Putin də məlum paraddan sonra Ermənistanın daxili işlərinə aktiv şəkildə burun soxmağa başlayıb: gah Ukrayna ilə paralellər aparır, gah "mədəni boşanma"dan dəm vurur, gah da Ermənistanın Avropa İttifaqına girməsi üçün "referendum keçirilməlidir" deyir. Sözün qısası, Cənubi Qafqazda proseslər 7 iyun seçkiləri kontekstində çox təhlükəli fazaya qədəm qoyur”, - deyə o, bildirib. 

Vasif

Seçilən
1
1
adalet.az

2Mənbələr