AZ

"Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının II mərhələsinin qalibi bəlli olub

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, qazaxıstanlı Yevgeni Fyodorov finişə hamıdan əvvəl çatıb.

"Astana" komandasının üzvü məsafəni 4 saat 41 dəqiqə 38 saniyəyə qət edib. İsveçrəli Aleksandr Balmer ikinci, uruqvaylı Erik Antonio Faqundes üçüncü yeri tutub.

Bu raundda idmançılar "Sea Breeze"dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət ediblər.

Ötən gün ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 min avrodan çoxdur. 

Turnirə mayın 14-də Xankəndi şəhərində yekun vurulacaq.
 

Seçilən
50
fanat.az

1Mənbələr