AZ

Nigeriyada yaraqlılar şossedə pusqu quraraq azı 30 nəfəri öldürüblər

Nigeriyanın şimal-qərbindəki Zamfara ştatında yaraqlılar şossedə pusqu quraraq azı 30 nəfəri öldürüblər.

Bu barədə "Far.Az" AFP-yə və BMT üçün hazırlanmış təhlükəsizlik məsələlərinə dair məruzəyə istinadən xəbər verir.

Məlumata görə, hücum mayın 10-da axşam gec saatlarda baş verib. Qurbanlar şosse ilə hərəkət edərkən yerli sakinlərin "banditlər" adlandırdığı silahlı qruplaşmanın hücumuna məruz qalıblar.

Qeyd olunub ki, ölənlər arasında dinc sakinlər, ovçular, eləcə də İctimai Asayişi Mühafizə Xidmətinin əməkdaşı var.

Seçilən
59
far.az

1Mənbələr