AZ

Tıxac insanların psixologiyasına necə təsir edir?

Tıxac zamanı yaranan stress bir çox insanın gündəlik həyatına təsir edir.

Uzun müddət avtomobildə qalmaq, hərəkətin ləngiməsi, siqnal səsləri və gecikmək qorxusu insanı əsəbiləşdirə bilər. 

"Cebheinfo.az"-ın araşdırmasına əsasən, bu vəziyyətdən tam qaçmaq mümkün olmasa da, düzgün davranışlar stressi xeyli azalda bilər.

Mütəxəssislər hesab edir ki, ilk növbədə insan vəziyyəti qəbul etməyi bacarmalıdır. Çünki tıxacda əsəbiləşmək yolu açmır, əksinə insanın gərginliyini artırır. Buna görə psixoloqlar diqqəti neqativ reaksiyadan uzaqlaşdırmağı vacib sayır.

Bir çox insan tıxac zamanı sakit musiqi dinləməyi seçir. Xüsusilə klassik musiqi, yavaş ritmli mahnılar və ya təbiət səsləri insanı sakitləşdirə bilər. Bəzi sürücülər isə radio proqramı, aaudio kitab dinləyərək diqqətini neqativ fikirlərdən uzaqlaşdırır.

Bundan əlavə, avtomobildə rahat mühit yaratmaq da stressi azaldır. Məsələn, salonun temperaturunu normal saxlamaq, havasızlıqdan qaçmaq və rahat oturuş vəziyyəti seçmək insanın daha sakit qalmasına kömək edə bilər.

Həmçinin tıxac zamanı nəfəsi nəzarətdə saxlamaq vacib sayılır. İnsan əsəbiləşəndə nəfəsi sürətlənir və bədən daha gərgin olur. Buna görə yavaş və dərin nəfəs almaq sakitləşməyə kömək edə bilər.

Bəzi insanlar 4 saniyə nəfəs alıb, bir neçə saniyə saxlayaraq yavaş şəkildə nəfəsi verərək stressi azalda bilir.Digər üsullardan biri əzələləri boşaltmaqdır. Mütəxəssislər deyir ki, insanlar çox vaxt fərqinə varmadan sükanı sıxır, çiyinlərini gərgin saxlayır və çənəsini sıxır.

Buna görə bədəni şüurlu şəkildə rahatlatmaq vacibdir. Məsələn, çiyinləri boşaltmaq, əlləri daha rahat saxlamaq və boyun nahiyəsini gərgin vəziyyətdə saxlamamaq kömək edə bilər.

Bəzi insanlar tıxac vaxtını faydalı istifadə etməyə çalışır. Məsələn, günün planını düşünmək, sabahkı işləri zehində sıralamaq və ya qısa audio materiallara qulaq asmaq bu vaxtı daha məhsuldar edə bilər. Tıxac zamanı stressi azaltmağın əsas yolu vəziyyQəti qəbul etmək, diqqəti düzgün yönləndirmək və emosiyaları idarə etməkdir.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr