AZ

13 yaşlı “milyarder qızı” qalmaqal yaratdı

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

13 yaşlı Maali Abraham sosial şəbəkələrdə lüks həyat tərzini nümayiş etdirməsi ilə müzakirələrə səbəb olub.Bizim.Media xəbər verir ki, “Billionaire Daughter” adı ilə tanınan qız ailəsinə məxsus “Love Luxury” brendinin əsas simalarından birinə çevrilib.

 

Maali “TikTok” və “Instagram”da “Hermes”, “Cartier”, “Van Cleef & Arpels” kimi bahalı brendlərdən danışır, onun videoları isə milyonlarla baxış toplayır.

Qızın valideynləri Adam və Emili Abraham Londonda və Dubayda lüks malların yenidən satışı ilə məşğul olan “Love Luxury” şirkətinin sahibləridir.Lakin sosial şəbəkə istifadəçiləri və ekspertlər uşağın bu qədər erkən yaşda pul, bahalı əşyalar və reklam dünyasının mərkəzinə çıxarılmasını tənqid edirlər.

 

Tərbiyə üzrə ekspert Co Frost bildirib ki, uşağın hər əşyanın qiymətini bilməsi və buna görə diqqət qazanması onun özünə dəyər hissinə təsir göstərə bilər.

Maali Abrahamın anası isə ittihamları rədd edərək qızının sadəcə ailə biznesinin içində böyüdüyünü və bunda qeyri-adi heç nə olmadığını deyib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
bizim.media

3Mənbələr