AZ

Məşhur müğənni “Samsung”-dan 15 milyon dollar istəyir

Alban əsilli britaniyalı müğənni Dua Lipa, görüntüsünün icazəsiz istifadə edildiyi iddiası ilə "Samsung"a qarşı 15 milyon dollarlıq məhkəmə açıb.

"Cebheinfo.az" xəbər verir ki, Dua Lipa cümə günü (8 may) ABŞ-nin Kaliforniya Mərkəzi Bölgə Federal Məhkəməsinə təqdim etdiyi ərizəsində "Samsung"un müxtəlif televizor modellərinin qablaşdırmalarında üzünün əks olunduğu bir fotodan icazəsiz şəkildə istifadə etdiyini irəli sürüb.

BBC-də yer alan xəbərə görə, məhkəmə müəlliflik hüququnun pozulması, ticarət nişanı hüququnun pozulması və Dua Lipanın görüntüsü ilə şəxsiyyətinin icazəsiz istifadəsi ittihamları yer alır.

Məhkəmə sənədlərinə əsasən, sözügedən fotoşəkil müğənninin 2024-cü ildəki "Austin City Limits Music Festival" çıxışı zamanı çəkilib və fotonun müəlliflik hüququ Dua Lipaya məxsusdur.

Ərizədə Dua Lipanın "Samsung" qutularındakı görüntüsündən ilk dəfə 2025-ci ilin iyununda xəbər tutduğu qeyd edilib. Sosial media istifadəçiləri də vəziyyəti paylaşmağa başlayıb və bəziləri məhsulları "Dua Lipa TV qutusu" deyə adlandırıblar.

Davada "Instagram"dakı iki rəyə də yer verilib. Bir istifadəçi "Sırf Dua üstündədir deyə o televizoru alaram" yazarkən, başqa bir istifadəçi isə "Bir şey satmaq istəyirsinizsə, üstünə Dua Lipanın fotosunu qoymağınız kifayətdir" şərhini yazıb.

30 yaşlı müğənninin hüquq komandasının bildirdiyinə görə, "Samsung" hüquq pozuntusunun dayandırılması ilə bağlı edilən "təkrar xəbərdarlıqları" da görməzdən gəlib.

Seçilən
65
cebheinfo.az

1Mənbələr