AZ

Motosiklet yerüstü piyada keçidinə çırpıldı...

Bakıda son vaxtlar motosikletlərin, mopedlərin, skuterlərin  sayı daha da, çoxalıb. Bu da istər-istəməz paytaxtda nəqliyyat axınını və sıxlığını bir qədər də artırır.

Ona görə də bunlar üçün ayrıca yol zolağı yadadılıb. Düzdür, bundan ən çox velosipedçilər istifadə edir, amma yeri gələndə adını çəkdiyimiz nəqliyyat vasitələrinin də həmin yerdə hərəkət etdiyini görürük. Bunlar hamısı aydındır.Amma aydın olmayan odur ki, adını çəkdiyimiz nəqliyyat vasitələrinin sürücülərinin bəzi yol hərəkəti qaydalarını pozurlar. Bu da birmənalı olaraq, ölüm və xəsarəalma  deməkdir.

Bir neçə gün bundan əvvəl Bakının prospektlərinin birində yükək sürətlə hərəkət edən motosiklet yerüstü piyada keçidinin dayağına çırpılıb. Qəza nəticəsində sürücü elə hadisə yerində həyatın itirib.Bu , nə deməkdir??? Bu, o deməkdir kı,bəzi motosiklet, mobed, velosiped sürücüləri həmin nəqliyyat vasitələrini yüksək sürətlə idarə edir və yol hərəkəti qaydalarını kobud surətdə pozurlar.

Ona görə də, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli həmin sürücülərə müraciət edərək bildirir ki,  onlar birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etsələr belə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verməz.Heç şübhəsiz ki,bu cür hadisələr digər sürücülər də bir ibrət olmalıdır. Ki, sükan arxasında diqqətli olsunlar,ağır yol-nəqliyyat hadisələrinə münbit şərait yaratmasınlar!!!

Emil FAİQOĞLU

Seçilən
31
adalet.az

1Mənbələr