AZ

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqlanıb

Bakıda 233 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasındakı münaqişə iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.

Bu barədə News365.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir:

"Məktəblərdə səmərəli tədris mühitinin qorunması, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması əsas prioritetlərdəndir. Məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması diqqət mərkəzində saxlanılır".

Həmçinin DİN-in mətbuat xidmətindən verilən məlumata görə qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır.

Seçilən
52
2
news365.az

3Mənbələr