Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev Trinidad və Tobaqonun təşkilatdakı daimi nümayəndəsi Neil Parsanı qəbul edib.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Ölkələrimiz və nümayəndəliklərimiz arasındakı səmərəli əməkdaşlığı məmnunluqla qeyd etdik və BMT gündəliyindəki qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardıq", - paylaşımda qeyd olunub.
Had the pleasure of receiving the Permanent Representative of Trinidad and Tobago to the UN, H.E. Dr. Neil Parsan. We noted with satisfaction the fruitful cooperation between our countries and missions and exchanged views on various issues of mutual interest on the UN agenda. pic.twitter.com/fXgmzVwlnY
— Tofig Musayev (@TofigMusayev) May 11, 2026