AZ

Beşinci sinif şagirdi bıçaqlandı Polis araşdırır

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.

Bakıvaxtı.az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 “q” sinifinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir – red.) məktəbin dəhlizində D. Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D. Əliyevin bacısı Y. Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y. Əliyeva əlindən bıçaq xəsarəti alıb.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
bakivaxti.az

10Mənbələr