AZ

Mağazadan seyf oğurlayan şəxsSAXLANILDI

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən obyektlərin birindən içərisində 500 manat nağd pul və 1950 manat dəyərində hədiyyə kuponları olan seyf oğurlanıb.

DİN-dən Redaktor.az-a verilən məlumata görə, naməlum şəxs mağaza əməkdaşlarının başının qarışıq olmasından istifadə edərək seyfi ələ keçirib və obyektin arxa qapısından çıxarıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Maksim Mahmudov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
16
redaktor.az

10Mənbələr