AZ

Arsenal türkiyəli ulduz üçün 60 milyon ödəyəcək?

ain.az, Fanat portalına istinadən məlumat verir.

Türkiyə futbolunda ilin transfer bombası partlamaq üzrədir.

Fanat.Az xəbər verir ki, "Akşam" qəzetinin yaydığı məlumata görə, İngiltərə Premyer Liqasının lideri və Çempionlar Liqasının finalçısı "Arsenal", "Qalatasaray"ın ulduzu Barış Alper Yılmazı heyətinə qatmaq üçün hərəkətə keçib.

London təmsilçisinin türkiyəli futbolçu üçün 60 milyon avroluq rekord məbləği gözədən çıxardığı bildirilir. Cari mövsümdə həm Türkiyə Super Liqasında, həm də Çempionlar Liqasında nümayiş etdirdiyi sürətli və effektiv oyunla skautların diqqətini çəkən 25 yaşlı vinger, "topçular"ın hücum xəttini gücləndirmək üçün əsas namizəddir.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
fanat.az

2Mənbələr