Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC-də debüt edəcək.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, o, yarıorta çəki dərəcəsində (welterweight) keçiriləcək qarşılaşmada Erik Nolan ilə üz-üzə gələcək.
Qeyd edək ki, "UFC Fight Night Baku" iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq.