Ukrayna mediasında Milli Antikorrupsiya Bürosunun (NABU) Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakla əlaqəli ola biləcək prosessual tədbirlər keçirdiyi barədə məlumat yayılıb.
Musavat.com xəbər verir ki, yayılan kadrlarda Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşlarının Yermaka məxsus “Mercedes” markalı avtomobili saxladığı əks olunub.
Görüntülərdə hüquq-mühafizə orqanı əməkdaşlarının ehtimal olunan şübhəli şəxslə söhbət apardığı da görünür.
Rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Musavat.com