AZ

"Zirə"nin final ərəfəsində məşqini media mənsubları da izlədilər

Bizon Azərbaycan Kubokunun finalında "Sabah"la üz-üzə gələcək "Zirə" bu gün "Palms Sport Arena"da məşqə çıxıb.

Fanat.Az-ın əməkdaşının da izlədiyi məşq prosesinin ilk 15 dəqiqəsini media mənsubları üçün açıq olub.

Rəşad Sadıqovun komandasının isinmə hərəkətlərini müşahidə edən jurnalistlər qapıçıların top hissiyatının artırılmasına hesablanmış texniki çalışmala da baxıblar.

Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun final oyunu 13 may tarixində “Palms Sports Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

Nihat

 

Seçilən
34
1
fanat.az

2Mənbələr