AZ

Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqasında VAR sisteminin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı planların ləğv olunacağı gözlənilir.

QOL.az xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, liqa rəhbərliyi Hakimlər Assosiasiyasının tövsiyəsindən sonra VAR-ın ikinci sarı vərəqə və künc zərbələri zamanı müdaxilə etməsinə icazə verən təklifi qəbul etməyəcək.

Qurum və klublar yeni qaydaların oyunların müddətini uzadacağını, matç tempinə və yayım prosesinə mənfi təsir göstərə biləcəyini düşünür.

Qeyd edək ki, məsələ ilə bağlı yekun qərar iyunda keçiriləcək Premyer Liqa klublarının illik ümumi yığıncağında veriləcək.

Seçilən
13
1
teleqraf.com

2Mənbələr