FİFA-nın gələnilki konqresinin vaxtı müəuyyənləşib. 77-ci konqres 2027-ci ildə Mərakeşdə keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, həmin konqresdə ali futbol təşkilatında prezident seçkisi də nəzərdə tutulub. FİFA-ya hazırda Canni İnfantino rəhbərlik edir. İsveçrəli funksioner prezident postuna 2016-cı ilin fevralında seçilib. İnfantinonun 2019 və 2023-cü illərdə vəzifəsini alternativsiz qoruduğunu da xatırladaq.
FİFA ilə bağlı digər xəbərləri də nəzərinizə çatdırırıq. Gözlənildiyi kimi, ali qurum DÇ-2026 üçün mükafat fondunu artırıb. Bu qərarla ümumi məbləğ 15 faiz artırılaraq 871 milyon dollara çatdırılıb. Turnirdə iştirak edəcək hər komanda minimum 12,5 milyon dollar qazanacaq, əlavə olaraq turnirə hazırlıq ödənişinin məbləği də artırılıb.
Qeyd edək ki, bu addım bəzi milli federasiyaların yüksək xərclərlə bağlı narahatlıqlarını azaltmaq məqsədi daşıyır.
Onu da əlavə edək ki, FİFA-nın Şurası klublarla bağlı yeni qayda üzərində işləyir. “Sport-ekspress” qəzetinin yaydığı xəbərə görə, Şuranın Vankuverdə keçirilən iclasında qurumun rəhbərliyi bütün tərəflərlə məsləhətləşmələrin başlanmasını yekdilliklə təsdiqləyib.
Müzakirə olunan əsas məsələ klublar üçün məcburi limitin tətbiqidi. Belə ki, ideyaya əsasən, dünyanın bütün klubları əsas heyətdə minimum öz yetirməsi olan bir yerli gənc futbolçuya (U-20 və ya U-21 yaş kateqoriyasına aid oyunçuya) meydanda yer verməli olacaq. O da bildirilir ki, hazırda bu təşəbbüs yalnız niyyət mərhələsindədi və yekun qərar qəbul edilməyib.
Bununla belə, bu qaydanın tətbiqi komandaların heyət seçiminə ciddi təsir göstərə bilər. Məsələ ilə bağlı yekun təklifin gələn il FİFA-nın Şurası tərəfindən yenidən müzakirəyə çıxarılması planlaşdırılır. Yeni limit tətbiq olunacağı halda klubların buna necə reaksiya verəcəyi isə hələlik qeyri-müəyyəndi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta