Hörmüz boğazının bağlanması enerji və gübrə qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.
Musavat.com-un xəbərinə görə, bunu BMT-nin baş katibi Antonio Quterreş Nayrobidə keçirdiyi mətbuat konfransında deyib.
O, qeyd edib ki, qlobal səviyyədə problemin mövcudluğuna görə də Hörmüz boğazının məhdudiyyətlər olmadan tam şəkildə yenidən açılması lazımdır. “Hörmüz boğazının bağlanması səbəbindən qiymətlərdə kəskin artım müşahidə etdik və buna görə də onun tam və məhdudiyyətsiz açılmasının mütləq vacib olduğuna inanırıq. Hər iki tərəfi buna çağırdıq. Bu, enerji və gübrə qiymətlərini müharibədən əvvəlki səviyyəyə qaytarmağın yeganə yoludur və Keniya kimi ölkələr üçün vacibdir” - Quterreş əlavə edib.
Baş katib deyib ki, gübrə çatışmazlığı səbəbindən artıq bir neçə ölkə ərzaq böhranı riski ilə üzləşir. “Əkin mövsümü yaxınlaşır və gübrələr olmadan gələn il ciddi ərzaq təhlükəsizliyi problemi ilə üzləşmək riski daşıyırıq. Bu, Hörmüz boğazının məhdudiyyətsiz açılmasının bütün beynəlxalq ictimaiyyətin maraqları üçün vacib olduğu andır”, BMT Baş katini həyəcanlı çağırışını edib.
Hələlik İran, həmçinin ABŞ və İsraildən bu çağırışa reaksiya verilməyib.
Musavat.com