"Venesuela heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq".
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Venesuelanın icraçı vitse-prezidenti və prezident səlahiyyətlərini icra edən şəxs Delsi Rodrigez deyib.
"Bu, heç vaxt nəzərdə tutulmayıb, çünki venesuelalıların sahib olduğu bir şey varsa, o da müstəqillik prosesimizə olan sevgidir", - deyə o, ifadə edib.
Xatırladaq ki, "Fox News" daha əvvəl ABŞ prezidenti Donald Trampın Venesuelanı 51-ci ştat etmək barədə ciddi şəkildə düşündüyünü bildirmişdi.