ABŞ tezliklə ya Hörmüz boğazında hərbi əməliyyatları bərpa edə, ya da İrana qarşı daha ciddi tədbirlər görə bilər.
AzNews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “CBS News”-a müsahibəsiz amanı deyib.
Hörmüz boğazının faktiki nəzarətinin Tehranın əlindəki yeganə silah olduğunu irəli sürən Tramp sözlərinə belə davam edib:
"Biz boğazı açardıq. Mən sadəcə bunu etməmək üçün xahiş edən bəzi ölkələrə yaxşılıq edirdim. Yenə deyirəm biz onu açardıq. Amma biz asanlıqla buna qayıda bilərik", - Tramp deyib.