AZ

Dünyanı heyrətləndirən tapıntı – 2,2 kiloluq yaqut aşkarlandı

Myanmarda təxminən 11 min karatlıq nəhəng yaqut tapılıb.

Musavat.com xəbər verir ki, qiymətli daş ölkənin dünyaca məşhur Moqok bölgəsində çıxarılıb. Myanmar hökuməti yaqutun təxminən 2,2 kiloqram çəkidə olduğunu açıqlayıb.

Səlahiyyətli şəxslər tapılan daşı qeyri-adi ölçüyə malik, nadir və əldə olunması son dərəcə çətin kimi xarakterizə ediblər.

Qeyd olunur ki, Moqok bölgəsi dünyanın ən keyfiyyətli yaqut yataqlarından biri hesab olunur və burada çıxarılan qiymətli daşlar beynəlxalq bazarda yüksək qiymətləndirilir.

 

Musavat.com

d730766e-5adc-4f35-9406-b18859883085.jpg

Seçilən
79
musavat.com

1Mənbələr