İran Məclisinin (birpalatalı parlament) spikeri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehranın ABŞ ilə münaqişənin həlli üçün 14 maddəlik təklifinə alternativ yoxdur və istənilən digər yanaşma uğursuzluğa məhkumdur.
"Far.Az" xəbər verir ki, o, müvafiq açıqlamanı X sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.
"14 maddəlik təklifdə qeyd edildiyi kimi, İran xalqının hüquqlarını tanımaqdan başqa alternativ yoxdur. Başqa hər hansı bir yanaşma tamamilə faydasız olacaq və yalnız bir sıra uğursuzluqlara səbəb olacaq", - deyə o qeyd edib.
Qalibaf vurğulayıb ki, ABŞ nə qədər çox tərəddüd etsə, amerikalı vergi ödəyiciləri buna bir o qədər çox pul ödəyəcəklər.