Dietoloqların fikrincə, nar şirəsi ürək sağlamlığı və qan təzyiqi üçün faydalıdır. Mütəxəssislər bildirirlər ki, ən vacib məqam onu günün müəyyən saatında deyil, mütəmadi şəkildə qəbul etməkdir.
Day.Az xəbər verir ki, mədə həssaslığı olan insanlara nar şirəsini səhər və ya günün ilk yarısında içmək tövsiyə olunur.
Şəkərli diabet və ya insulin müqaviməti olan şəxslər isə onu acqarına deyil, qida ilə birlikdə qəbul etməlidirlər.
Ekspertlər gündə 120-240 ml şəkərsiz nar şirəsinin kifayət etdiyini bildirirlər. Həmçinin qeyd olunur ki, nar şirəsi bəzi təzyiq və qan durulaşdırıcı dərmanlarla qarşılıqlı təsir göstərə bilər.