AZ

İraq və İran sərhəd təhlükəsizliyi ilə bağlı razılaşdı

İraq və İran ümumi sərhəddə silahlı qrupların hərəkətinin qarşısını almaq barədə razılığa gəlib.

Musavat.com xəbər verir ki, bu barədə İraq baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Əracinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər təhlükəsizlik sahəsində birgə koordinasiyanın gücləndirilməsinin, sərhəd nəzarətinin sərtləşdirilməsinin və terrorçu, yaxud silahlı qrupların hərəkətinin qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Məlumata görə, bu cür qrupların sərhəddən keçməsi və ya hərəkəti həm İraq və İranın, həm də bütövlükdə regionun təhlükəsizliyi üçün təhdid yarada bilər.

Açıqlamada qeyd olunub ki, İran tərəfi İraq Kürdüstanı muxtar bölgəsində fəaliyyət göstərən bəzi İran silahlı qrupları barədə məlumat təqdim edib. Bağdadda keçirilən İraq-İran Ali Təhlükəsizlik Komitəsinin iclasında bu məsələ ilə bağlı zəruri tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

 

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr